Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
“Al Jazeera”nın məlumatına görə, sosial şəbəkələrdə içərisində demək olar ki, heç nə olmayan yemək qablarının görüntüləri yayılıb. İddialara əsasən, bu yeməklər Yaxın Şərqdə yerləşən aviadaşıyıcı və desant gəmisində xidmət edən hərbçilərə təqdim olunub.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin USS “Abraham Lincoln” və USS “Tripoli” gəmiləri ekipajın sağlam qidalanması üçün kifayət qədər ərzaq ehtiyatı ilə təmin olunub. Dənizçilərimizin və dəniz piyadalarımızın sağlamlığı və rifahı mənim üçün prioritetdir. Ekipajın hər bir üzvü əvvəlki kimi tam və qidalı yemək alır”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələri komandanının bəyanatında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az