KİV: Ermənistanın rəqəmsal kimliyi xarici şirkətə verilib?

2026/04/1775807841.jpg
Oxunub: 358     15:47     18 Aprel 2026    
Biometrik pasportlar mövzusu rəsmi şəkildə modernləşmə və rəqəmsal gələcəyə doğru addım kimi təqdim olunsa da, ciddi şübhələr yaradır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Şəxsiyyət vəsiqəsi kölgələri: biometrik məlumatlarımız kimlər üçün əlçatan olacaq?” başlıqlı məqaləsində yazıb.

“Bir neçə gün əvvəl “Türkləşməyə yox” təşəbbüsü tərəfindən yayımlanan “Pasport üzərində kölgə. Fransa və oliqarx klanı Ermənistanın rəqəmsal kimliyini necə ələ keçirdi” adlı araşdırma hakimiyyətin korrupsiya sxemini üzə çıxarıb. Həmin sxem nəticəsində Ermənistanın rəqəmsal kimliyi üzərində nəzarət Fransanın IDEMIA şirkətinə ötürülüb.

Bildirilir ki, bu şirkətin və onun sələflərinin “qlobal ekspansiyası təsdiqlənmiş korrupsiya qalmaqalları ilə müşayiət olunub, burada dövlət məmurlarına rüşvət vermək müqavilə qazanmağın standart alətinə çevrilib”.

Xüsusilə Nigeriya, Banqladeş, Keniya və Anqolada baş vermiş qalmaqalların konkret nümunələri göstərilir”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, üstəlik, Keniyada vaxtilə parlament həmin şirkətin fəaliyyətinin 10 il müddətinə qadağan olunmasının lehinə səs vermişdi.

“IDEMIA rəqəmsal identifikasiya sisteminin tətbiqi zamanı insan hüquqlarını pozmaqda ittiham olunurdu.

Yeri gəlmişkən, araşdırmaya görə, 2024-cü ildə Malidə şirkət əhalinin qeydiyyat məlumat bazasını bloklayıb, bununla seçkiləri pozub və Fransanın keçmiş müstəmləkəsində təsirini qorumasına imkan yaradıb.

2017-ci ildə Keniyada eyni avadanlıqlar seçki nəticələrinin saxtalaşdırılması üçün alətə çevrilmişdi. İndi isə içində siyasi alət potensialı daşıyan həmin texnologiya seçkilər ərəfəsində Ermənistanın mərkəzinə yerləşdirilib.

Bundan başqa qeyd olunur ki, həmin şirkətin 90 faizi Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri tədarük edən investisiya nəhəngi “Advent International”a məxsusdur”, - deyə nəşr qeyd edib.

Məqalə müəllifi yazır ki, araşdırma müəlliflərinin fikrincə, guya Nikol Paşinyan təkcə oliqarx klanını zənginləşdirməyib, həm də əhalinin strateji biometrik məlumatlarını silah istehsalı ilə əlaqəli bir quruma ötürüb, həmin silahlar isə onun dövlətinə qarşı tətbiq olunub.

“Yəni bu azmış kimi, əhali üçün biometrik pasportların qiyməti 25 dəfə artaraq 1000 dramdan 25 min drama yüksəlib, erməni xalqının şəxsi məlumatları da “xaricinin strateji oyununun bir hissəsinə” çevrilib. Ermənistana gəlincə isə araşdırma bir sıra şəxsi və siyasi əlaqələrin mövcudluğunu üzə çıxarıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Şəxsiyyət-vəsiqəsi  


Bizi "telegram"da izləyin