Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, onlar seçkiqabağı proseslərdə iştirak etməlidirlər ki, təkcə daxildən informasiya sızmaları təmin etməsinlər, həm də cinayət proseslərində siyasi rəqiblərə qarşı fəaliyyət göstərsinlər, ifadələr versinlər.
“Hakimiyyətə yaxın mənbələrimizdən öyrəndik ki, hakimiyyətin həm Qaqik Tsarukyanın, həm Robert Köçəryanın, həm də xüsusilə Samvel Karapetyanın komandalarında yerləşdirilmiş agentləri var.
Təsadüfi deyil ki, ötən gün Artaşat strukturundan saxlanılan ondan çox şəxsin təxminən yarısı guya rüşvət almaqla bağlı ifadə verib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az