Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bu səhər mən tərəfdaş liderlərlə, o cümlədən Emmanuel Makron və Kir Starmerlə Hörmüz boğazı ətrafında sürətlə inkişaf edən təhlükəsizlik və iqtisadi vəziyyət, həmçinin qlobal dəniz hərəkəti, enerji bazarları və mühüm təchizat zəncirlərində ciddi pozuntular barədə danışdım”, - deyə Karni bildirib.
Kanadanın baş naziri qeyd edib ki, onlar İsrail və Livan arasında atəşkəsi, həmçinin İranın boğazı yenidən açacağı ilə bağlı bəyanatı alqışlayırlar.
“Kanada son vaxtlar cavab hücumları və iqtisadi təzyiqlərlə üzləşmiş Fars körfəzi üzrə tərəfdaşlarımızla tam həmrəylik nümayiş etdirir və Fransa ilə Birləşmiş Krallığın bu mühüm dəhlizdən təhlükəsiz keçidin bərpasına yönəlmiş əlaqələndirilmiş diplomatik və planlaşdırma təşəbbüslərini irəli aparmaq səylərini alqışlayır”, - deyə Mark Karni əlavə edib.
Sevinc Əliyeva
Ordu.az