Ordu.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
O qeyd edib ki, Avropa İttifaqı güclü kimliyə, yüksək rifah göstəricilərinə, möhkəm demokratiyaya və qanunun aliliyinə malikdir, lakin hazırda bütün istiqamətlər üzrə çağırışlarla üzləşir.
“Hazırda ətrafımızdakı dünyada iki müharibə gedir. Bu gün qlobal mənzərə geosiyasi gərginliklə xarakterizə olunur. Münaqişələr hər şeyə, ticarət marşrutlarına, energetikaya, nəqliyyata və iqtisadi sabitliyə təsir edir. Əlbəttə, belə vəziyyətdə məntiqli həll yolu tapmaq vacibdir. Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmaqda maraqlıyıq”, - deyə Kobaxidze bildirib.
Alpər Mövludoğlu
Ordu.az