Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bildirib.
O izah edib ki, Rusiya ilə münasibətlər qırılarsa, Ermənistanın ÜDM-i ən azı 24% azalacaq, yaşayış səviyyəsi isə 36% aşağı düşəcək və Avropadan heç bir kompensasiya alınmayacaq.
Baqratyanın qiymətləndirməsinə görə, erməni əhalisi Paşinyanın Rusiyanın üzünə “tüpürməsi” üçün baha qiymət ödəyəcək.
“Bu, düşünülmüş avantüradır”, - deyə Baqratyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az