Ermənistanın sabiq baş naziri: “Hazırda Ermənistan başqa bir türk ölkəsinin öz ərazisinin bir hissəsini nəzarətə götürməsi üçün yalvarır”

2024/02/1707983629.jpg
Oxunub: 458     08:11     18 Aprel 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) Ermənistanın iqtisadi inkişafı üçün amil olmayacaq. Bu layihə Ermənistan ərazisini ABŞ-Azərbaycan koalisiyasına güzəştə gedəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bildirib.

“Hazırda Ermənistan başqa bir türk ölkəsinin (Qazaxıstan-red.) öz ərazisinin bir hissəsini nəzarətə götürməsi üçün yalvarır. Belə əmələ görə o (Paşinyanı nəzərdə tutur-red.) həbs edilməlidir.

Üstəlik, Qazaxıstan həm Ermənistanla, həm də Rusiya ilə çox pis münasibətləri olan ölkədir. Məgər aydın deyil ki, Turan formalaşır? Onların hamısı (Mərkəzi Asiya ölkələri-red.) bir-birinin ardınca Rusiyaya qarşı çıxırlar. Qazaxıstan tam şəkildə türk layihələrinə inteqrasiya olunub”, - deyə Baqratyan bildirib.

O hesab edir ki, TRIPP-in həyata keçirilməsi sual altındadır.

“Niyə Qazaxıstan-Gümrü-Qars əlaqəsi ilə bağlantı təmin edə bilmirik? Həmin tranzit marşrutu daha qısa və səmərəli olardı”, - deyə Baqratyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baqratyan  


Bizi "telegram"da izləyin