Rusiya XİN: Gürcüstanın Aİ-yə üzvlüyü ciddi nəticələrlə təhdid edir

2025/06/1749646629.jpg
Oxunub: 400     08:07     18 Aprel 2026    
Gürcüstanın Avropa İttifaqına üzvlüyü və Brüsselin anti-Rusiya sanksiyalarına qoşulması Qafqaz respublikasının turizm sahəsinə ağır zərbə vuracaq və onu Rusiya və MDB ölkələri ilə güzəştli ticarətdən məhrum edəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Gürcüstanın Avropa Birliyinə üzvlüyü, Brüsselin dağıdıcı tələblərini nəzərə alsaq, Gürcüstanın turizm sahəsinə ağır zərbə vuracaq və Gürcüstanda və Rusiyada yaşayan qohumlar arasında əlaqəni təhlükə altına salacaq, çünki onlar bir-birini normal şəkildə ziyarət etmək imkanını itirəcəklər. Bundan əlavə, Gürcüstan ölkəmizə qarşı enerji embarqosuna qoşulmağa məcbur olacaq”, - deyə o bildirib.

O qeyd edib ki, Rusiya respublikanın neft məhsulları və təbii qaz üzrə əsas və etibarlı təchizatçılarından biridir.

“Avropa İttifaqına üzvlük həm də Gürcüstanın əsas bazarları olan Rusiya və MDB ölkələri ilə güzəştli ticarət rejimini itirməsi demək olacaq”, - deyə Zaxarova əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan    


Bizi "telegram"da izləyin