“Güclü Ermənistan” tərəfdarlarına qarşı yeni icraat başlanıb, 17 nəfər saxlanılıb

2026/04/etert-1776429150.jpg
Oxunub: 502     23:25     17 Aprel 2026    
Bu gün Ermənistan Antikorrupsiya Məhkəməsinin qarşısında “Güclü Ermənistan” partiyasının tərəfdarlarının iştirakı ilə baş vermiş insidentlə bağlı bir qrup şəxs tərəfindən xuliqanlıq edilməsi və vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə maddələri üzrə cinayət icraatı başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin sözçüsü bildirib ki, cinayət icraatının ibtidai istintaqı zamanı 17 nəfər saxlanılıb.

Qeyd edilib ki, zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partiya  


Bizi "telegram"da izləyin