Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan Fransanın Silahlı Qüvvələrinin müdafiə qərargah rəisi, general Fabien Mandon ilə görüşüb.
“Görüşdə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivlərinə dair məsələlər müzakirə olunub. Tədbir zamanı general-leytenant Eduard Asryan NATO Müttəfiq Birləşmiş Qüvvələrinin komandanı, general İnqo Qerharts və Fransanın Silahlı Qüvvələrinin quru qoşunları komandanı, general Pier Şill ilə qeyri-rəsmi görüşlər keçirib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az