Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə bağlanmış atəşkəsin ilk günündən etibarən İran gündə müəyyən sayda gəminin keçməsinə icazə verməli idi.
Mənbə bildirib ki, İran Hörmüz boğazından gəmilərin keçidi üçün üç şərt irəli sürüb:
Gəmilər ticarət məqsədli olmalıdır, hərbi gəmilərin girişi qadağandır və nə gəmilərin, nə də onların yüklərinin düşmən ölkələrlə hər hansı əlaqəsi olmamalıdır.
Gəmilər İranın müəyyən etdiyi marşrutla hərəkət etməlidir.
Gəmilərin keçidi İran qüvvələri ilə əlaqələndirilməlidir. CENTCOM İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) Hörmüz boğazına nəzarətini təsdiqləyib.
Məlumatlı mənbə vurğulayıb ki, Livanda atəşkəs də daxil olmaqla bir sıra ilkin şərtlərin yerinə yetirilməsi İranın Hörmüz boğazını yenidən açmaq qərarı üçün vacib idi.
Mənbə eyni zamanda xəbərdarlıq edib ki, əgər dəniz blokadası davam edərsə, bu, atəşkəs rejiminin pozulması hesab olunacaq və Hörmüz boğazından keçid çətin olacaq.
Sevinc Əliyeva
Ordu.az