Kostanyan: "Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır"

2025/08/1755234111.jpg
Oxunub: 313     19:04     17 Aprel 2026    
Cənubi Qafqaz hazırda dünyanın ən sabit regionlarından biridir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" adlı panel sessiyasında bildirib.

"Hazırda Cənubi Qafqaz dünyanın ən sabit regionlarından biridir, xüsusən də hər yerdə logistika və təchizat zəncirlərinin pozulduğu, müharibələrin getdiyi bir vaxtda. Lakin təchizat zəncirlərinin pozulması əbədi davam etməyəcək. Və biz sahib olduğumuz rəqabət üstünlüklərini reallaşdırmaq üçün kifayət qədər ağıllı və çevik olmalıyıq", - o bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır.

"Siyasi iradə, siyasi qərarlar tələb edən sülhün əldə olunması məsələsində olduğu kimi, indi də biz regionda kommunikasiyaların açılması, ölkələrimiz arasında əlavə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də Avropa, Mərkəzi Asiya, Uzaq Şərq arasında körpü və maneəsiz bağlantı olmaq üçün yeni siyasi, çox vacib qərarlarla irəliləməliyik", - nazir müavini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kostanyan   Ermənistan  


Bizi "telegram"da izləyin