Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Məlumata görə, Alen Simonyan Gürcüstan parlamentinin sədri ilə görüş zamanı səsləndirilmiş təklifə görə türkiyəli həmkarına məmnunluğunu ifadə edib.
“Həmin təklifdə Numan Kurtulmuş Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsini, bununla da regionumuzda sülh və sabitliyin inkişafına töhfə verilməsini irəli sürüb.
Həmsöhbətlər bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı digər detalları da müzakirə ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az