"Azərbaycan qlobal enerji təchizatına töhfə verməyə davam edəcək" - Hikmət Hacıyev

2025/12/1764577826.jpg
Oxunub: 341     19:05     17 Aprel 2026    
Azərbaycan qlobal enerji təchizatına töhfə verməyə davam edəcək.

Ordu.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi sahəsində özünü etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi təsdiqləyib.

“Ən başlanğıcdan Azərbaycanın enerji təhlükəsizliyi siyasəti proqnozlaşdırılan və etibarlı olub, biz Avropa İttifaqının, eləcə də digər beynəlxalq tərəfdaşların etibarlı tərəfdaşı kimi özümüzü təsdiqləmişik”, — deyə o qeyd edib.

H. Hacıyev vurğulayıb ki, bu gün Azərbaycan bir sıra Avropa ölkələrinə enerji resursları tədarük edir.

“Bu gün Azərbaycan on Avropa ölkəsinə enerji tədarük edir, onlardan səkkizi Avropa İttifaqının üzvüdür. Eyni zamanda biz enerji əməkdaşlığımızın coğrafiyasını genişləndiririk”, — deyə o bildirib.

O, həmçinin yeni tədarük marşrutlarının işə salındığını qeyd edib.

“Bu yaxınlarda Türkiyə ilə birlikdə Azərbaycan qazının Suriyaya tədarükünə başladıq. Bu, Azərbaycan, Türkiyə və Suriya arasında üçtərəfli əməkdaşlığın növbəti uğurlu nümunəsidir”, — deyə H. Hacıyev əlavə edib.

Onun sözlərinə görə, Bakı qlobal enerji təchizat zəncirlərinə töhfəsini artırmaqda davam edəcək.

“Azərbaycan qlobal enerji təchizat zəncirlərinə, xüsusilə Avropaya və digər bazarlara töhfə verməyə davam edəcək”, — deyə o qeyd edib.

H. Hacıyev əlavə edib ki, ölkə paralel olaraq bərpa olunan enerji sahəsini və Mərkəzi Asiya ilə əməkdaşlığı inkişaf etdirir.

“Karbohidrogen ehtiyatları ilə yanaşı, biz bərpa olunan enerjiyə fəal şəkildə investisiya yatırır və bu sahədə ixrac potensialını inkişaf etdiririk”, — deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin