Emi Karlon: "Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik"

2026/02/1770745335.jpg
Oxunub: 370     18:30     17 Aprel 2026    
Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malikdir.

ABŞ-nin Bakıdakı səfirliyindən Ordu.az-a verilən məlumata görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) naharında bildirib.

Əsas çıxışında Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Bundan əlavə, tərəflər investisiya sahəsində qarşılıqlı fəaliyyəti, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur kimi istiqamətlərdə inkişaf etdirir, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir.

Diplomatik missiyadan qeyd edilib ki, tədbirdə həmçinin ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə regional meneceri Sara Leminq iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Emi-Karlon   Azərbaycan  


Bizi "telegram"da izləyin