Andrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"

2026/01/1767974037.jpg
Oxunub: 295     18:08     17 Aprel 2026    
Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib.

Nazir deyib ki, Azərbaycanla Ukrayna arasında güclü əlaqələr var:

"Azərbaycanın Ukraynaya göstərdiyi həm mənəvi, həm də humanitar dəstək bizim üçün çox önəmli və dəyərlidir. Biz Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini istəyirik. Ümid edirik ki, əlaqələrimiz daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Azərbaycan  


Bizi "telegram"da izləyin