Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri regional inkişaflarla bağlı məsələləri müzakirə ediblər

2026/04/1776433333.jpg
Oxunub: 383     17:36     17 Aprel 2026    
Aprelin 17-də Antaliya Diplomatiya Forumu çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər ikitərəfli gündəlik və regional inkişaflarla bağlı məsələləri müzakirə edərək sülhün və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyinə toxunublar.

“İkitərəfli və regional qarşılıqlı bağlılığı təmin edən layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin