Ərdoğan Kahramanmaraşda məktəbə edilən hücumdan danışıb

2026/04/1775497677.jpg
Oxunub: 298     16:42     17 Aprel 2026    
Kahramanmaraşda baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdiyimi bildirirəm.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı bildirib.

"Allah heç bir ailəyə, heç bir cəmiyyətə belə acılar yaşatmasın", - deyə o qeyd edib.

Qeyd edək ki, bu həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində ardıcıl iki gün ərzində məktəblərdə silahlı hücumlar baş verib. Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb, hücumu törədən məktəbin keçmiş şagirdi polis müdaxiləsi zamanı özünü öldürüb. Ertəsi gün Kahramanmaraşın Onikişubat rayonunda orta məktəbdə baş verən hücumda isə 10 nəfər həlak olub, ümumilikdə 19 nəfər yaralanıb. Hücumu törədən 14 yaşlı şagird zərərsizləşdirilən zaman aldığı xəsarətlərdən ölüb. Hər iki hadisə qısa zaman intervalında baş verdiyi üçün ölkədə ciddi ictimai rezonans doğurub və məktəblərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Kahramanmaraş  


Bizi "telegram"da izləyin