Ermənistanda “Tashir Pizza” şəbəkəsinin direktoru saxlanılıb

2026/04/1776430914.jpg
Oxunub: 350     17:02     17 Aprel 2026    
Ermənistan Antikorrupsiya Məhkəməsinə doğru yürüş zamanı polislər Samvel Karapetyanın tərəfdarlarını saxlayıblar, onların arasında “Tashir Pizza” şəbəkəsinin direktoru Vağinak Qazaryan da var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Kadrlarda görünür ki, o, xəsarət alıb, alnından qan axır.

Ermənistan KİV-ləri qeyd edir ki, polis Samvel Karapetyanın tərəfdarlarının aksiyasından 17 nəfərin həbs olunduğunu bildirib. Onların arasında erməni kəşfiyyatçı, keçiş döyüşçü Vova Vardanyanın oğlu Vağinak Vardanov da var.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, Antikorrupsiya Məhkəməsinə doğru yürüş zamanı Samvel Karapetyanın tərəfdarları ilə polislər arasında itələşmə və qarşıdurma başlayıb. Polislər küçədən çıxmağı və səkidə hərəkət etməyi tələb edirdilər.

Qeyd edək ki, Samvel Karapetyanın barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ilk məhkəmə iclası 2026-cı il aprelin 15-də olmuşdu və 2026-cı il aprelin 17-dək təxirə salınmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarşıdurma  


Bizi "telegram"da izləyin