Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin polis xidməti məlumat yayıb.
“Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan əməli törətdiklərinə görə 17 nəfər həbs edilərək icma polisinin bölmələrinə aparılıb”, - deyə nazirlik bildirib.
Daha əvvəl Ermənsitan KİV-ləri bildirmişdi ki, Antikorrupsiya Məhkəməsinə doğru yürüş zamanı Samvel Karapetyanın tərəfdarları ilə polislər arasında itələşmə və qarşıdurma başlayıb. Polislər küçədən çıxmağı və səkidə hərəkət etməyi tələb edirdilər.
Qeyd edək ki, Samvel Karapetyanın barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ilk məhkəmə iclası 2026-cı il aprelin 15-də olmuşdu və 2026-cı il aprelin 17-dək təxirə salınmışdı.
Alpər Mövludoğlu
Ordu.az