Alen Simonyan Gürcüstan parlamentinin sədri ilə görüşüb

2026/04/1776429071.jpg
Oxunub: 318     16:30     17 Aprel 2026    
Parlamentlərarası İttifaqın (IPU) 152-ci Assambleyasının plenar iclasının işində iştirak etmək məqsədilə işgüzar səfərlə İstanbulda olan Ermənistan parlamentinin sədri Alen Simonyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər parlamentlərarası əməkdaşlığa aid məsələlərin geniş dairəsini müzakirə ediblər.

“Həm regional inkişaflarla bağlı məsələlərə, həm də qarşılıqlı maraq doğuran digər mövzulara toxunulub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Papuaşvili  


Bizi "telegram"da izləyin