Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 17-də parlamentin iclasında Ermənistan hökumətinin 2021-2026-cı illəri əhatə edən proqramının 2025-ci il üzrə icrası və həyata keçirilməsinin nəticələri barədə hesabatı təqdim edərkən deyib.
“Artıq 8 ildir başımızı bizim hansı mükafatları aldığımız barədə söhbətlərlə aparırlar, özləri isə gəlir, gizlicə qeydiyyatdan keçir və gedirlər ki, bir neçə qəpik artıq alsınlar. Nəticədə mən bunu qeydə alıb açıqladım. Buna görə onlar məcbur olub gəldilər və iclasda iştirak etdilər. Son nəticədə biz yenidən “keçmişlər-indikilər” mübahisəsinə qayıtdıq və bu, faktdır. Baxmayaraq ki, mən özüm dəfələrlə bəyan etmişəm ki, biz bu diskursdan imtina etməliyik”, - deyə Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, 2026-cı il parlament seçkiləri keçmiş prezidentlər Robert Köçəryan-Serj Sarkisyan koalisiyasının son şansıdır.
“Buna görə də “keçmişlər-indikilər” qarşıdurmasının aradan qaldırılması zərurəti daha da qabarıq şəkildə önə çıxır. İndi aydındır: bunu aradan qaldırmağın yalnız bir yolu və yalnız bir variantı var. Buna nail olmaq üçün “Güclü Ermənistan” partiyası və “Hayastan” bloku 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində keçid həddini aşmamalıdır. Və hər gün bu, getdikcə daha real siyasi məqsədə çevrilir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az