Erməni nazir: “Heç bir intriqa yoxdur, Konstitusiyanın mətni hazırdır, nə vaxt açıqlanacağına biz qərar veririk”

2026/04/1776422709.jpg
Oxunub: 319     14:47     17 Aprel 2026    
“Yeni Konstitusiya layihəsinin mətnini mənimsəmək, ona dəyişiklik və əlavələrə yönəlmiş təkliflər vermək üçün hələ kifayət qədər vaxt olmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bu gün jurnalistlərlə söhbətində bildirib.

“Fikir ayrılıqları həmişə olur, çünki biz heç vaxt təkbaşına qərarlarla irəliləməmişik və indi də belə etmirik. Hər bir qanunvericilik layihəsi ətrafında fikir ayrılıqları yaranır, onlar müzakirə olunur və həll yolları tapılır”, - deyə o bildirib.

Konstitusiya mətninin niyə açıqlanmadığı barədə suala Qalyan belə cavab verib: “Dərc olunmağa hazır olanda açıqlanacaq. Bu o deməkdir ki, hələ açıqlanmağa hazır deyil. Onu ictimaiyyətə təqdim etməyə hazır olub-olmadığına biz qərar veririk. Mən deyirəm ki, mətn hazırdır, müzakirəyə çıxarılıb, nə vaxt yayımlanacağına qərar veriləcək”.

Erməni nazir bildirib ki, mətnin hissə-hissə açıqlanması variantı da müzakirə olunub, lakin hələ qərar yoxdur.

Qalyanın sözlərinə görə, Konstitusiyanın preambulasının bir neçə variantı var. Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması barədə suala isə Qalyan belə cavab verib: “Mətn hələ açıqlanmayıb, açıqlananda özünüz görəcəksiniz. Heç bir intriqa yoxdur, mən istədiyimi deyirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalyan   Konstitusiya  


Bizi "telegram"da izləyin