Ordu.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.
Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
***
Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində 2026-cı il aprelin 17-si İstanbulda Ermənistan və Azərbaycan parlament sədrləri Alen Simonyan ilə Sahibə Qafarovanın ikitərəfli görüşü keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində son proseslərdən, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımlardan, həmçinin ticarət əlaqələrinin qurulması və genişləndirilməsindən məmnunluq ifadə olunub.
Qeyd edilib ki, Parlamentlərarası İttifaqın parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanıb.
“Bu kontekstdə tərəflər Ermənistan və Azərbaycan parlament sədrləri arasında dialoqun formalaşdırılması istiqamətində şəxsi səylərinə görə Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu yüksək qiymətləndirib və ona minnətdarlıqlarını bildiriblər.
Parlament sədrləri 2025-ci ilin oktyabrında Cenevrədə keçirilmiş görüşdən sonra beynəlxalq təşkilatlar çərçivəsində parlament nümayəndə heyətləri arasında başlayan təmasları müsbət qiymətləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Ermənistan və Azərbaycan parlament sədrləri iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az