Avropa Məhkəməsi Ermənistanı cərimələdi: “Selimyan və digərləri Ermənistana qarşı” işi yekunlaşdı

2022/10/1665570151.jpg
Oxunub: 322     14:35     17 Aprel 2026    
Helsinki Vətəndaş Assambleyasının Vanadzor (HVAV) ofisinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (AİHM) təqdim etdiyi müraciət nəticəsində 10 ildən artıq müddət sonra Ermənistana qarşı növbəti iş üzrə azadlıq hüququnun pozulması qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

HVAV ofisinin yaydığı açıqlamada bildirilir ki, iş 2015-ci il iyunun 23-də elektrik enerjisi tarifinin bahalaşdırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş hadisəyə aiddir. Həmin gün D.S. digər aksiya iştirakçıları ilə birlikdə Bağramyan prospektindən zor tətbiq edilərək polis bölməsinə aparılıb və orada qanunsuz olaraq təxminən 10 saat saxlanılıb.

Məlumata görə, məhkəmə qaldırılan məsələlərin oxşarlığını nəzərə alaraq üç müxtəlif şikayəti birləşdirib və vahid qərar qəbul edib. Nəticədə AİHM D.S.-nin şikayətini təmin edib, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğunu (qanunsuz azadlıqdan məhrum etmə) müəyyənləşdirib və ümumilikdə 2 250 avro məbləğində müvafiq kompensasiya təyin edib.

Müraciətçi məhkəməyə təqdim etdiyi şikayətdə bildirib ki, onun saxlanılması heç bir əsaslı şübhə ilə əsaslandırılmayıb.

2026-cı il aprelin 16-da qəbul edilən qərarla AİHM D.S.-nin xeyrinə mənəvi zərərin ödənilməsi üçün 2 000 avro, məhkəmə xərclərinin qarşılanması üçün isə 250 avro müəyyən edib.

Ermənistan KİV-ləri xatırladır ki, D.S.-nin maraqlarını İnsan Hüquqları üzrə Avropa Məhkəməsində HVAV ofisinin vəkili Ani Çatinyan təmsil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Məhkəməsi   Ermənistan  


Bizi "telegram"da izləyin