Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

2026/04/1776418729.jpg
Oxunub: 383     13:24     17 Aprel 2026    
Azərbaycanın enerji diplomatiyası Türkiyəndə Antalya Diplomatiya Forumunda təqdim olunub.

Ordu.az xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə "X" hesabında paylaşım edib.

"Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən nazirlər panelində təchizat zəncirində pozuntular və enerji bazarlarında qiymət dəyişkənliyi ilə müşayiət olunan geosiyasi şəraitdə təhlükəsiz, əlçatan və dayanıqlı enerji təminatı, enerji sahəsində qeyri-müəyyənliklərin idarə olunması, eləcə də enerji mənbələri və marşrutlarının şaxələndirilməsinin vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük. Azərbaycanın müasir enerji xəritəsində fərqlənməsini təmin edən, bütün enerji növlərinin və təchizat marşrutlarının paralel inkişafına əsaslanan siyasəti barədə danışdıq", - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin