Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"

2025/12/1764577826.jpg
Oxunub: 333     13:26     17 Aprel 2026    
Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla olan münaqişəni həll edib:

"Bölgədə sabitlik təmin edilib və Azərbaycan öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb".

Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub və sülhü geri gətirdiyini deyib:

"Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgədə sabitliyi təmin etdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin