Karapetyanın 12 tərəfdarı ev dustaqlığına buraxılıb

2026/02/1771950416.jpg
Oxunub: 322     12:42     17 Aprel 2026    
Rusiyalı biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyası üzvlərinin 12 tərəfdarı ev dustaqlığına buraxılıb.

Ordu.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib.

Onlar barəsində əlavə qətimkan tədbiri kimi girov və ölkəni tərk etməyə qadağa da seçilib.

Bununla yanaşı, saxlanılan daha iki nəfər sərbəst buraxılıb.

Xatırladaq ki, dünən, 16 aprel tarixində Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin