Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri Antalya forumunda görüşəcəklər

2025/04/1744354074.jpg
Oxunub: 339     12:19     17 Aprel 2026    
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri bu gün Antalyada başlayan üçgünlük forum çərçivəsində görüş keçirəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Tərəflərin İranda müharibəni, eləcə də Hörmüz boğazının mümkün blokadasını müzakirə edəcəyi gözlənilir. Görüşün dəqiq vaxtı hələ açıqlanmayıb.

Forumda Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edəcək. Tədbir çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparması planlaşdırılır. Bəzi məlumatlara görə, İslamabad ABŞ və İran arasında sülh danışıqlarının ikinci mərhələsinin keçirilməsinin tərəfdarıdır.

Türkiyə İsrailin ən sərt tənqidçilərindən biri olaraq qalmaqla yanaşı, Misir və Pakistanla birlikdə İran ətrafındakı münaqişədə atəşkəsə nail olmaq məqsədilə diplomatik səylər göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Antalya   Forum  


Bizi "telegram"da izləyin