Ermənistan DİN: Qarabağdan könüllü köç etmiş şəxslərə vətəndaşlıq verilməməsi barədə məlumatlar manipulyasiyadır

2026/04/1776405305.jpg
Oxunub: 344     09:58     17 Aprel 2026    
“Dövlətin guya Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərə vətəndaşlıq verməkdən imtina etməsi barədə manipulyativ məlumatlar yayılır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında daxili işlər naziri Arpine Sarkisyan Ermənistan hökumətinin 2025-ci il üzrə (2021-2026) proqramının icrası və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Ermənistan prezidentinin fərmanı ilə 25 670 nəfərə vətəndaşlıq verilib, onlardan 19 367 nəfəri Qarabağdan könüllü köç etmiş şəxslərdir.

“Bu günə olan məlumata görə, o cümlədən bu ilin birinci rübü daxil olmaqla, Qarabağdan köç etmiş 36 676 nəfər artıq Ermənistan vətəndaşlığı alıb. Qarabağdan köç etmiş yetkinlik yaşına çatmayanların ümumi sayı 28 000 nəfərdir. Onlardan 12 000-i artıq pasport qeydiyyatı yolu ilə Ermənistan vətəndaşlığı alıb”, - deyə Ermənistan daxili işlər naziri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin