Qalibaf danışıqlar başlamazdan əvvəl ABŞ-nin iki şərti yerinə yetirməli olduğunu bildirib

2026/04/1775835779.jpg
Oxunub: 382     19:41     10 Aprel 2026    
Tərəflər arasında razılaşdırılmış iki məsələ hələ də həyata keçirilməyib.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf yazıb.

“Burada söhbət Livanda atəşkəsin təmin olunmasından və danışıqlar başlamazdan əvvəl İran aktivlərinin blokdan çıxarılmasından gedir.

Bu iki şərt danışıqların başlanmasından əvvəl yerinə yetirilməlidir”, - deyə Qalibaf bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin