Netanyahu İspaniya nümayəndələrinin Kiryat Qat koordinasiya mərkəzindən çıxarılmasını əmr edib

2026/04/1775835413.jpg
Oxunub: 394     19:28     10 Aprel 2026    
“İspaniya bizim qəhrəmanlarımızı, İsrail müdafiə ordusunun əsgərlərini, dünyanın ən yüksək mənəvi standartlarına malik ordunun hərbçilərini böhtan ataraq ittiham edib. Buna görə də mən İspaniya nümayəndələrinin Kiryat Qat koordinasiya mərkəzindən çıxarılması barədə göstəriş vermişəm, çünki İspaniya dəfələrlə İsrailə qarşı çıxmaq qərarı verib”.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

“Kim ki İsrailə hücum edir, terror rejimlərinə qarşı çıxmaq əvəzinə, regionun gələcəyi məsələlərində bizim tərəfdaşımız olmayacaq. Mən bu ikiüzlülüyə və bu düşmənçiliyə dözmək niyyətində deyiləm. Heç bir ölkəyə qarşılıqsız olaraq bizə qarşı siyasi müharibə aparmağa imkan verməyəcəyəm”, - deyə Netanyahu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İspaniya  


Bizi "telegram"da izləyin