“Al Hadath”: İran ilə ABŞ arasında əsas danışıqlar aprelin 11-də keçiriləcək

2026/04/1775835209.jpg
Oxunub: 528     19:25     10 Aprel 2026    
İran ilə ABŞ arasında əsas danışıqlar şənbə günü (aprelin 11-də) keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Pakistan mediası danışıqlar üçün İran nümayəndə heyətinin gəlişi barədə məlumat yayıb, lakin bununla bağlı rəsmi təsdiq yoxdur.

Daha əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, o, Donald Trampdan İran ilə danışıqlarla bağlı aydın göstərişlər alıb və sülh danışıqlarında iştirak etmək üçün İslamabada yollanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin