Ordu.az xəbər verir ki, siyasətçi yayımlanan sənədi “təsadüfi bir şəxsin işi” adlandıraraq onun ictimai televiziyaya göndərildiyini deyib və Vaşinqtonun mövqeyini açıq şəkildə ifadə edib. “Bizi onların nə dediyi maraqlandırmır, bizi onların əslində nə etdiyi maraqlandırır”, - deyə Vens vurğulayıb.
Bu sərt ritorika fonunda ABŞ vitse-prezidentinin artıq İslamabada yola düşdüyü bildirilib. Pakistanın paytaxtında Cey Di Vens İran nümayəndələri ilə keçiriləcək qarşıdakı danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək. Tərəflər ilkin təşəbbüslər ətrafında ciddi fikir ayrılıqlarına baxmayaraq razılığa gəlməyə çalışacaqlar.
Bundan əvvəl Ağ Ev Tehranın ilk on maddəlik planını qəti şəkildə rədd etmişdi. Mətbuat katibi Kerolayn Levittin sözlərinə görə, sənəd Donald Trampın komandası tərəfindən “birbaşa zibil qutusuna atılıb”. Bununla belə, yenilənmiş versiya “daha məntiqli” kimi qiymətləndirilib və ABŞ prezidentinin 15 maddəlik təklifi ilə uyğun ola biləcəyi qeyd olunub. Bununla yanaşı, Vaşinqtonun əsas və dəyişməz qırmızı xətti İranda uranın zənginləşdirilməsinin tam dayandırılması olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az