Ordu.az xəbər verir ki, bu barədə TASS-a Hindistanda İslam Respublikasının ali rəhbərinin nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.
“Onlar (nümayəndə heyətləri) ehtimal ki, iki və ya üç gün danışıqlar aparacaqlar, sonra isə öz ölkələrinə qayıdaraq öz rəsmiləri ilə müzakirələr aparacaqlar”, - deyə o bildirib.
Bununla belə, İlahi hesab edir ki, iki həftəlik atəşkəs danışıqlarda yekun nəticələr əldə etmək üçün kifayət etməyə bilər. O düşünür ki, əgər İslamabadda razılıq əldə olunarsa, atəşkəsin müddəti uzadılmalıdır.
“Atəşkəs uzadılmalıdır. Çünki ABŞ ilə razılaşdırılmalı çox məsələlər var. Əgər onlar (nümayəndə heyətləri) hər hansı ümumi razılığa gəlsələr, atəşkəsi uzadıb danışıqları davam etdirə bilərlər. Məncə, iki həftə kifayət deyil”, - deyə İlahi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az