Vens Trampın “aydın göstərişləri” ilə İranla danışıqlar üçün İslamabada yollanır

2026/04/1775576896.jpg
Oxunub: 298     17:58     10 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Donald Trampdan İranla danışıqlarla bağlı aydın göstərişlər alıb və sülh danışıqlarında iştirak etmək üçün İslamabada yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O qeyd edib ki, ABŞ prezidenti Trampdan İranla danışıqlar üzrə konkret tapşırıqlar alıb.

Yola düşməzdən əvvəl Vens Tehrana xəbərdarlıq edib: “Əgər İran xoş niyyətlə danışıqlara hazırdırsa, biz də əl uzatmağa hazırıq. Amma əgər onlar bizimlə oyun oynamağa çalışsalar, danışıqlar qrupu o qədər də anlayışlı olmayacaq”. Vitse-prezident jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, Tramp xarici hərbi müdaxilələrə və uzunmüddətli münaqişələrə şübhə ilə yanaşdığı ilə tanınan Vensi danışıqlara rəhbərlik etmək üçün təyin edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   İslamabad  


Bizi "telegram"da izləyin