Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Qruplaşma bildirib ki, cümə günü İsrailin şimalındakı Kiryat Şmona yaşayış məntəqəsinə kamikadze tipli pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Qruplaşma həmçinin Metula, Marqaliot və Misqav Am yaşayış məntəqələrinə qarşı raket hücumlarının davam etdiyini bəyan edib.
İsrail ordusunun məlumatına görə, o, Livanın cənubunda əməliyyatlarını davam etdirir və raket qurğusunu zərərsizləşdirib.
Əlavə əməliyyat zamanı İsrail qüvvələri “Hizbullah”ın yeraltı obyektinə aparan tunel aşkar ediblər. Müxtəlif silahlar, o cümlədən tank əleyhinə raketlər, atıcı silahlar və onların sursatları da aşkar edilərək zərərsizləşdirilib.
Sevinc Əliyeva
Ordu.az