“Fox”: Təxminən 3,2 min gəmi Hörmüz boğazından təhlükəsiz keçidi gözləyir

2026/04/1775828532.jpg
Oxunub: 330     17:41     10 Aprel 2026    
Hörmüz boğazında təxminən 3 200 gəmi toplaşaraq təhlükəsiz keçidi gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, onlardan 800-ü tanker və quru yük daşıyan gəmilərdir. Həmçinin qeyd olunub ki, Fars körfəzində yerləşən təxminən 20 min dənizçi boğazdan təhlükəsiz keçidlə bağlı aydınlıq gözləyir.

Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirmişdi. O qeyd edib ki, tərəflər demək olar ki, bütün həll olunmamış məsələləri razılaşdırıblar və Vaşinqton Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün “işçi əsas” kimi nəzərdən keçirir. ABŞ rəhbəri bildirib ki, bu qərar İranın Hörmüz boğazını açmağa hazır olması əsasında qəbul edilib. Tehran isə öz növbəsində İran İslam Respublikasına qarşı zərbələr dayandırılacağı halda “müdafiə xarakterli hücumları” dayandırmağa razılaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin