Tokayev Mirziyoyevlə iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər

2026/04/thumb-1775826768.jpg
Oxunub: 328     16:40     10 Aprel 2026    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev aprelin 11-də Buxarada qeyri-rəsmi görüş keçirəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Bildirilib ki, iki ölkənin liderləri strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini və regional gündəlikdəki aktual məsələləri müzakirə etməyi planlaşdırırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Mirziyoyev  


Bizi "telegram"da izləyin