İranın Qızıl Aypara Cəmiyyəti münaqişənin əvvəlindən 20 mərkəzin zədələndiyini bildirib

2026/03/1773515266.jpg
Oxunub: 310     16:53     10 Aprel 2026    
İsrailin və ABŞ-nin zərbələri nəticəsində İranın Qızıl Aypara Cəmiyyətinin ən azı 20 mərkəzi zədələnib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Pir Hüseyn Kolivənd SNN televiziya kanalına müsahibəsində bildirib.

O əlavə edib ki, zərbələr nəticəsində 32 universitet, 857 məktəb və təşkilatın bir neçə nəqliyyat vasitəsi də zərər görüb.

Bundan əlavə, İrana endirilən zərbələr nəticəsində ölkənin hava limanlarına yaxın ərazilərdə yerləşən təxminən 15 infrastruktur obyekti də zədələnib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qızıl-Aypara-Cəmiyyəti   İran  


Bizi "telegram"da izləyin