İran XİN: On maddəlik plan sülh danışıqlarının əsası olacaq

2025/05/1747635246.jpg
Oxunub: 318     16:48     10 Aprel 2026    
İranın on maddədən ibarət planı gələcək sülh danışıqları üçün əsas olacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyan edib.

Həmçinin vurğulanıb ki, Tehran qarşı tərəflərə yenidən silahlanmağa imkan verəcək atəşkəsə qarşıdır və İranın regiondakı zərbələri yalnız ABŞ-nin hədəflərinə yönəlib və üçüncü ölkələrə qarşı hücum kimi qiymətləndirilməməlidir.

Xarici İşlər Nazirliyi bildirib ki, İranın silahlı qüvvələri ABŞ-ni və İsraili məğlub edib və nəticədə onlar İranın hərəkətləri səbəbindən strateji mövqelərini dəyişmək məcburiyyətində qalıblar.

“İranın güclü silahlı qüvvələri, İranın ləyaqətli xalqının dəstəyi ilə “amerikalı və israilli aqressorlar”ı məğlub edib və onları İranla bağlı strateji mövqelərini dəyişməyə məcbur edib”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin