Məhkəmə Pentaqonun jurnalistlərin girişinin bərpası ilə bağlı qərarı icra etmədiyini müəyyən edib

2025/10/1759853339.jpg
Oxunub: 342     16:47     10 Aprel 2026    
ABŞ federal hakimi Pol Fridman qərara alıb ki, Pentaqon mart ayında məhkəmə tərəfindən qəbul edilən və qurumdan jurnalistlərin fəaliyyətinə tam girişin bərpasını tələb edən qərarı icra etməyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İş “The New York Times” qəzetinin bir neçə jurnalistinin akkreditasiyasının ləğvi ilə bağlı məhkəməyə müraciət etməsindən sonra başlanıb. Daha sonra məhkəmə Pentaqonun bu addımlarını konstitusiyaya zidd hesab edib. Lakin girişin bərpası əvəzinə qurum binanın daxilində yerləşən mətbuat iş sahəsini bağlayıb, onu ayrıca binaya köçürüb və jurnalistlərin müşayiətsiz Pentaqona daxil olmasını qadağan edib. Hazırda giriş yalnız planlaşdırılmış mətbuat konfransları, brifinqlər və müsahibələrlə məhdudlaşdırılıb.

“Nazirlik əmri icra etməyib və əvəzində daimi buraxılışı olan bütün şəxslərin girişini məhdudlaşdırıb”, - deyə Fridmanın qərarında qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin