“Bloomberg”: Rusiya bayrağı altında üzən tanker gecə saatlarında Hörmüz boğazından keçib

2026/04/1775391073.jpg
Oxunub: 338     16:44     10 Aprel 2026    
Rusiya bayrağı altında üzən “Arhimeda” supertankeri aprelin 9-u gecə saatlarında Hörmüz boğazından keçərək Fars körfəzinə doğru istiqamət götürüb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Gəmi boş olub, əvvəlki təyinat nöqtəsi İranın əsas neft terminalı olan Xarq adası kimi göstərilsə də, sonradan statusunu dəyişərək “for orders” kateqoriyasına keçirilib. Bu isə adətən gəminin növbəti dayanacaq üçün konkret göstəriş almadığını bildirir.

“Arhimeda” yanvar ayında bayrağını dəyişib. Bu, ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda “kölgə donanması”na aid bəzi gəmilərin Rusiya bayrağı altında fəaliyyət göstərməyə başlaması ilə əlaqələndirilir. Tankerin son məlum yükü 2025-ci ilin avqust ayında Venesuelanın Merey markalı nefti olub. Həmin ilin iyul ayında isə ABŞ gəminin, əvvəlki adı “Vizuri” olduğu dövrdə, İran neft ticarəti ilə ehtimal olunan əlaqələrinə görə ona qarşı sanksiyalar tətbiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hörmüz  


Bizi "telegram"da izləyin