Ordu.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
İndiyədək qeydiyyat məcburi idi, lakin bu proses fərdi şəkildə həyata keçirilirdi. İndi isə məsuliyyət birbaşa qurumun üzərinə keçir və federal məlumat bazaları ilə inteqrasiya vasitəsilə həyata keçiriləcək. SSS-ə görə, bu dəyişiklik vaxt və maliyyəyə qənaət edəcək. Donald Tramp müvafiq qanunu 2025-ci il dekabr ayında 2026-cı ilin müdafiə büdcəsinin bir hissəsi kimi imzalayıb.
ABŞ 1973-cü ildən etibarən hərbi çağırış keçirməyib, lakin qeydiyyat sistemi 1980-ci ildə prezident Cimmi Karterin dövründə bərpa edilib. Mümkün səfərbərliklə bağlı suallar fevral ayında İrana qarşı ABŞ və İsrailin hərbi əməliyyatlarının başlamasından sonra daha da aktuallaşıb. Ağ Evin mətbuat katibi Kerolayn Levitt mart ayında bildirib ki, hərbi çağırış “hazırkı planın bir hissəsi deyil”, lakin Tramp “ağıllı şəkildə bütün variantları açıq saxlayır”.
Sevinc Əliyeva
Ordu.az