Hörmüz ətrafında 3 mindən çox gəmi keçid gözləyir

2026/04/1775391073.jpg
Oxunub: 338     16:31     10 Aprel 2026    
İran ABŞ və İsrail arasında Hörmüz boğazı ətrafında təxminən 3,2 min gəmi təhlükəsiz keçid gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, onların 800-ü tanker və quru yük gəmiləridir. Təhlükəsiz keçidi gözləyən dənizçilərin sayı 20 minə yaxındır.

ABŞ prezidenti Donald Trump aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin demək olar ki, hamısını həll edib və Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəli sürülmüş 10 bəndlik təklifləri nəzərdən keçirir. Amerika lideri qeyd edib ki, bu qərar İranın Hörmüz boğazı açmağa hazır olması fonunda qəbul olunub.

Tehranda isə öz növbəsində bildirilib ki, İslam Respublikasına qarşı zərbələr endirilmədiyi təqdirdə “müdafiə xarakterli hücumlar” dayandırılacaq. Tərəflər arasında vasitəçi olan Pakistanın baş naziri Şahbaz Şərif onları İslamabad şəhərində danışıqlara dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin