Ordu.az xəbər verir ki, bunu Birləşmiş Krallığın baş naziri Kir Starmer Qətərdə (Dohada) ölkə rəhbərliyi ilə danışıqlardan sonra bəyan edib.
“Biz çox uzatmadan atəşkəsin müzakirəsinə keçdik. Belə bir hiss var ki, atəşkəs kövrəkdir və daha çox iş görülməlidir. Hörmüz boğazı həllin bir hissəsi olmalıdır. Gəmiçilik üçün hər hansı ödənişlərin və ya məhdudiyyətlərin tətbiqinin yolverilməz olduğu ilə bağlı çox aydın mövqe var”, – o, Sky News telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bu gün Starmer eyni zamanda Hörmüz boğazı ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.
Ordu.az