Ordu.az xəbər verir ki, nazirliyin sosial media hesablarından “Mavi Vatan-2026” təlimi ilə bağlı paylaşım edilib.
Paylaşımda aşağıdakı ifadələr yer alıb:
“Dənizlərdəki gücümüz xalqımızın təhlükəsizliyinin sarsılmaz təminatıdır.
Türkiyənin dənizlərdəki qətiyyətini və çəkindirmə gücünü ortaya qoyan “Mavi Vatan-2026” təlimi uğurla başa çatdı.
Təlimin faktiki atışlı mərhələsini Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu, onunla birlikdə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel, Donanma komandanı admiral Kadir Yıldız, MKE AŞ-nin baş direktoru İlhami Keleş, ROKETSAN baş direktoru Murat İkinci ilə birlikdə TCG ANADOLU-dan izləyib.
Suüstü vasitələr, sualtı qayıqlar, hava vasitələri və əməliyyat mərkəzləri arasında qüsursuz koordinasiya Türkiyə Silahlı Qüvvələrinin yüksək hazırlıq səviyyəsini və milli imkanlarla dəstəklənən əməliyyat gücünü bir daha ortaya qoydu.
Türkiyə “Mavi Vətən”də hüquq və maraqlarını qorumağa qətiyyətlə davam edir”.
Sevinc Əliyeva
Ordu.az