Ordu.az xəbər verir ki, PUA Müdafiə Satınalma Proqramı İdarəsi (DAPA) tərəfindən Busanda keçirilən mərasimdə nümayiş etdirilib.
PUA özündə olan sensorlar və görüntüləmə sistemlərindən istifadə edərək komanda mərkəzləri kimi strateji hədəflərin real vaxt rejimində kəşfiyyatını aparmaq üçün hazırlanıb.
DAPA-nın məlumatına görə, hava vasitəsinin təxminən 90 faizi yerli istehsal komponentlərdən ibarətdir.
Layihə Müdafiə İnkişaf Agentliyinin dəstəyi ilə “LIG Defense & Aerospace” və “Hanwha Systems” tərəfindən hazırlanıb.
Platformanın 2027-ci ildə əməliyyat istifadəsinə verilməsindən əvvəl Koreya Respublikası Hərbi Hava Qüvvələri tərəfindən son uçuş sınaqlarından keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az