Ordu.az xəbər verir ki, 2027-ci maliyyə ili büdcə tələbi çərçivəsində 19 ədəd XM30 maşınının alınması üçün təxminən 547 milyon dollar vəsait ayrılıb.
Bu addım proqramın elmi-tədqiqat və inkişaf mərhələsindən rəsmi tədarük mərhələsinə keçdiyini göstərir.
ABŞ-nin uzun müddətdir istifadə etdiyi M2 “Bradley” zirehli maşınlarının əvəz olunması üçün nəzərdə tutulan XM30 yüksək intensivlikli döyüş mühitləri üçün artırılmış dözümlülük qabiliyyəti, qabaqcıl sensor sistemləri və yüksək atəş gücü təqdim edəcək şəkildə hazırlanıb.
Maşının əsas silahı kimi XM913 “Bushmaster” 50 mm avtomatik top ilə təchiz edilməsi gözlənilir.
Planlaşdırılan digər xüsusiyyətlər arasında tank əleyhinə idarə olunan raketlər, uzaqdan idarə olunan və ya pilotsuz qüllə, qabaqcıl termal görüntüləmə sistemləri, aktiv müdafiə sistemləri və modul zireh yer alır.
İnkişaf prosesində “General Dynamics Land Systems” və “American Rheinmetall Vehicles” şirkətlərinin rəqabət apardığı layihədə tammiqyaslı istehsal qərarının 2028-ci ilin birinci rübündə verilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az