Ordu.az xəbər verir ki, təxminən üç ildir bu vəzifəni icra edən Berkan Karakurt öz vəzifəsini media sektorunun təcrübəli nümayəndələrindən Abdülkadir Karakelleyə təhvil verib.
2020-ci ildə ASELSAN-da fəaliyyətə başlayan və təxminən üç il ərzində Müdafiə Sənayesi İdarəsinin Mətbuat Müşaviri kimi çalışan Berkan Karakurt bu müddət ərzində Türkiyə müdafiə sənayesinin inkişafı və layihələrinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
Yeni dövrdə diqqət çəkən sima
Mətbuat müşaviri vəzifəsinə başlayan Abdülkadir Karakelle media sahəsində diqqətəlayiq təcrübəyə malikdir.
Peşə fəaliyyətinə 2014-cü ildə “Daily Sabah” qəzetində iqtisadiyyat xəbərləri redaktoru kimi başlayan Karakelle, 2015-2019-cu illərdə Baş nazirlik və Prezident Administrasiyasına bağlı mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrində mühüm vəzifələrdə çalışıb. Beynəlxalq yayım sahəsində fəaliyyət göstərmək üçün 2019-cu ildə “TRT World” kanalına keçən Karakelle burada araşdırma sənədli filmlərin hazırlanması məqsədilə “Xüsusi xəbərlər və məzmunlar idarəsi”ni yaradıb.
2022-ci ildə “Anadolu” Agentliyinə (AA) keçərək “Xüsusi prodüksiyalar direktorluğu”nu quran Abdülkadir Karakelle karyerası ərzində beynəlxalq səviyyədə tanınan bir çox layihəyə imza atıb. O, fəaliyyət göstərdiyi qurumlarda “The Factory”, “Pipe Dream”, “The Dissident”, “Ultimate Failure” və “The Evidence” kimi bir çox beynəlxalq sənədli layihələrdə məsul prodüser, rejissor və məzmun məsləhətçisi kimi müxtəlif rollarda iştirak edib.
Sevinc Əliyeva
Ordu.az